
Lazer cihazımız haqqında
Cynosure Elite+ — güclü və effektiv lazer epilyasiya texnologiyalarından biridir. Aparat həm Alexandrite, həm də Nd:YAG lazer sistemi ilə işlədiyi üçün fərqli dəri tiplərinə uyğun nəticə verir. Xüsusilə zaqarlı və tünd dəri tonlarında təhlükəsiz tətbiq oluna bilməsi onu seçilən lazer cihazlarından birinə çevirir.
Cynosure Elite+ yüksək sürətli və komfortlu prosedur təqdim edir. Güclü soyutma sistemi sayəsində prosedur daha rahat keçir və dəridə minimum narahatlıq hiss olunur. Eyni zamanda iri nahiyələr daha qısa müddətdə işlənə bilir.
Bu lazer cihazı tüklərin azalmasına və daha hamar dəri görünüşünə kömək edir. Müntəzəm seanslarla daha effektiv və uzunmüddətli nəticə əldə olunur.
Seans aralığı isə nahiyəyə və tük strukturuna görə dəyişsə də, adətən 21–30 gün sonra növbəti prosedura gəlmək tövsiyə olunur. Mütəxəssis konsultasiyası zamanı sizin üçün uyğun proqram müəyyən edilir.
Leora Beauty-də peşəkar yanaşma və müasir texnologiya ilə daha rahat lazer təcrübəsi sizi gözləyir ✨
